Ombudsman Səbinə Əliyeva Xocavənddə bir hərbi qulluqçumuzun şəhid olması, bir əsgərimizin isə yaralanması ilə bağlı müraciət yayıb.
Ombudsman Aparatından verilən məlumata görə, müraciətdə bildirilir ki, qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət altı nəfərlik dəstə 27 dekabr 2020-ci il tarixində Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində Azərbaycan ordusunun bölmələrinə hücum edib, nəticədə bir hərbi qulluqçumuz şəhid olub, bir əsgərimiz isə yaralanıb: (oxu.az)

























