image-2000x150px
image-123
image-ads_atlas
image-photo_31761259backend

Onur Akay kitabinda Alim Qasimov ve Azerbaycanla bagli xatirelerine de yer verdi – FOTO

image-728x90px

Doğru.az xəbər verir ki, müsahibələri və köşə yazıları ilə Türkiyə mediasının gündəmini dəyişən məşhur müğənni və yazıçı Onur Akay şeirlərindən, xatirələrindən və müsahibələrindən ibarət “Görmədən Sevmək” adlı kitabını yayımladı.

2019-cu ildə Azərbaycana konsert üçün gələn Onur Akayla bağlı Azərbaycan mətbuatında bir çox müsabilər yayımlandı. O.Akay isə öz növbəsində Azərbaycan Respublikasının xalq artisti Alim Qasımovdan müsahibə götürdü.

Türkiyə mətbuatında böyük təsir bağışlayan bu müsahibədə Akayın “Türkiyədən sizə hər hansı konsert və ya duet təklifi varmı?” sualına sənətçi belə cavab verib: “Təəssüf ki, heç bir təklif almamışam”. Alim Qasımovla bu müsahibədən sonra qardaş Türkiyədən sənətçiyə dəvət gəldi. Müsahibənin tam mətni O.Akayın“Görmədən Sevmək” kitabında yayımlanıb.

“İstanbul Ağlayır” mahnısıyla Türkiyədə milyonların sevgisini qazanan Onur Akay sevilən Azərbaycanla bağlı xatirələrini və fotolarını da kitabında dərc etdirib.

DOĞRU.AZ

image-photo_21162536 image-photo_84919747

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki