Macarıstanın baş naziri Viktor Orban ümumxalq səsverməsində Ukraynanın Avropa İttifaqına daxil olmasının əleyhinə səs verib.
“Brüssel və Tisza partiyası Ukraynanın Aİ-yə daxil olmasını dəstəkləyir. Bu, Macarıstan iqtisadiyyatını məhv edəcək. Qoymayaq ki, bizim gələcəyimizi bizim üçün həll etsinlər! Referendum 2025. “Mən artıq səs vermişəm”, – o, Facebook-da yazıb
Orban həm də tamamlanmış səsvermə bülleteni ilə çəkdirdiyi şəklini yayıb.
Macarıstanın baş naziri bir müddət əvvəl Ukraynanın Aİ-yə daxil olmasının sonsuz müharibə demək olduğunu bildirmişdi.
DOĞRU.AZ