image-2000x150px
image-123
image-ads_atlas
image-ap23348568021178-pic_32ratio_900x600-900x600-36105backend

Orban Stoltenberqə deyib ki, NATO fəaliyyətlərində iştirak könüllü olmalıdır

image-728x90px

Macarıstanın baş naziri Viktor Orban NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında bildirib ki, alyansın iştirakçı ölkələrin hüdudlarından kənar fəaliyyətlərində iştirak könüllü olmalıdır.

“Mən baş katibdən NATO qaydalarına və ənənələrinə uyğun olaraq alyansın ərazisindən kənarda həyata keçirilən bütün hərbi əməliyyatların yalnız könüllü ola biləcəyinə aydınlıq gətirməsini xahiş etdim”, – Orban deyib.

O əlavə edib ki, Stoltenberq bunu təsdiqləyib və Macarıstan lazımi təminat alıb.

Macarıstanın baş naziri onu da vurğulayıb ki, ölkə NATO-nun Ukraynadakı missiyasına qarşıdır, lakin alyansa üzv olan ölkələrin əksəriyyəti tərəfindən dəstəkləndiyi üçün bunun qarşısını ala bilmir.

Mənbə: A haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki