image-n1karobka_ads
image-123
image-48-pic_32ratio_900x600-900x600-1737backend

Orskda suyun səviyyəsi enib

image-ad_qayo_720x110px

Orenburq vilayətinin Orsk şəhərində Ural çayında suyun səviyyəsi 35 santimetr azalıb.

Bu barədə Orenburq administrasiyası Telegram kanalında məlumat yayıb.

Qeyd olunur ki, Uralda suyun səviyyəsi 928 santimetrə enib. Orenburq vilayətində 6,4 min insan, o cümlədən 1,7 mindən çox uşaq daşqın səbəbindən təxliyə edilib.

Orenburqda daşqın zonasında 1517 ev və 5247 təsərrüfat sahəsi var.

Aprelin 5-də Orenburq vilayətinin Orsk şəhərində bir anda iki yerdə bənd qırılıb. Yerli sakinlərin dediyinə görə, bir neçə gündür ki, sızıntı olub.

Mənbə: Lenta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki