image-n1karobka_ads
image-123
image-680a25c202e8bd75e91ced78backend

Pakistan Hindistanla bütün ikitərəfli müqavilələri dayandırıb

Pakistan hakimiyyəti üçüncü Hind-Pakistan müharibəsindən sonrakı müqavilə də daxil olmaqla, Hindistanla bütün ikitərəfli müqavilələri dayandırmaq qərarına gəlib.

“Pakistan bütün ikitərəfli sazişləri dayandırmaq hüququndan istifadə etməlidir… Hindistan Pakistan daxilində terrorizmi, transmilli qətlləri və Kəşmirlə bağlı beynəlxalq hüquq və BMT qətnamələrinə əməl etməməyi dayandırana qədər”, – TASS Pakistan baş nazirinin katibliyindən sitat gətirir.

Bundan əvvəl Hindistan Pakistanla sərhəddə yerləşən Attari keçid məntəqəsini bağladığını bəyan edib.

Aprelin 22-də Hindistanın şimalındakı Cammu və Kəşmirdə silahlı şəxslər turistlərə atəş açıb, 28 nəfəri öldürüb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki