Pakistan məhkəməsi artıq həbsdə olan İslam Respublikasının keçmiş baş naziri İmran Xanı və onun həyat yoldaşı Büşra Bibini korrupsiya işi üzrə 17 il müddətinə azadlıqdan məhrum edib.
Doğru.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti məhkəmə qərarına istinadən məlumat yayıb.
Qərara əsasən, İmran Xan və həyat yoldaşı bahalı zərgərlik dəstini nominal qiymətə almaqda təqsirli biliniblər. Nəşrin yazdığına görə, sözügedən zərgərlik dəsti 2021-ci ilin may ayında, İmran Xan Pakistanın baş naziri olduğu dövrdə Səudiyyə Ərəbistanı hakimiyyəti tərəfindən ona hədiyyə edilib.
Qeyd edək ki, daha əvvəl İstanbul Baş Prokurorluğu Türkiyənin keçmiş meri Əkrəm İmamoğlunun da korrupsiya işi üzrə 2352 il həbs cəzasına məhkum edilməsini tələb edib.
DOĞRU.AZ




























