image-n1karobka_ads
image-123
image-1745572395_1backend

Pakistan Müdafiə Nazirliyi: Hindistanla gərginlik nüvə mübadiləsinə səbəb olmayacaq

Pakistanın müdafiə naziri Xavaca Asif Hindistanla gərginliyin nüvə mübadiləsinə gətirib çıxarmayacağı fikrini bildirib.

O, bu barədə RİA Novosti agentliyinə müsahibəsində bildirib.

Agentlik onun sözlərini sitat gətirir: “Hindistan və Pakistan hər iki nüvə dövlətidir, lakin mən bunun o qədər uzağa getəcəyini düşünmürəm”.

O, həmçinin qeyd edib ki, Pakistan Hindistan tərəfində eskalasiya baş verməsə, ona qarşı hərbi əməliyyatlara başlamağı planlaşdırmır.

Bundan əvvəl İran prezidenti Məsud Pezeşkian Pakistanın baş naziri Şehbaz Şəriflə telefon danışığı zamanı İslamabad və Yeni Dehli arasında gərginliyin azaldılmasına yardım təklif etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki