image-n1karobka_ads
image-123
image-696adba7ae5ac969a848bed8backend

Paris NATO-dan çıxmaq istəyir

image-add-a-heading

Fransanın Şimali Atlantika Alyansından (NATO) çıxması real siyasi müzakirə predmetinə çevrilib.

Doğru.az xəbər verir ki, bu barədə Almaniyanın “Berliner Zeitung” qəzeti yazıb.

Məqalədə qeyd olunur ki, uzun müddət siyasi fantaziya kimi qiymətləndirilən Fransanın NATO-dan çıxması ideyası artıq konkret addımlarla müşayiət olunur. Belə ki, Fransa parlamentində ölkənin Alyansdan çıxmasını tələb edən qanun layihəsi təqdim edilib.

Təşəbbüsün müəllifi, millət vəkili Klemens Qöte bildirib ki, bu cür addımlar Vaşinqtonun “rəsmi şəkildə açıq imperiya siyasətinə qayıtması” fonunda zəruri hal alıb. Onun sözlərinə görə, Fransanın NATO-dan çıxması Parisin beynəlxalq təsir imkanlarını artıra və sülhməramlı fəaliyyətlərini gücləndirə bilər.

Qeyd edək ki, daha əvvəl Fransa Milli Assambleyasının vitse-prezidenti Klemens Hötenin solçu “Fransa Unbowed” (La France insoumise) partiyası adından parlamentə ölkənin NATO-dan çıxması prosesinə başlanılması ilə bağlı qətnamə təqdim etdiyi bildirilmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki