image-ads_n1karobka_mobile
image-66b27efbae5ac963857397a4backend

Parisdə 100-dən çox evsiz insan Bastiliya meydanında mitinq təşkil edib

100-dən çox evsiz mitinq keçirərək, Parisin Bastiliya meydanında kortəbii çadır düşərgəsi quraraq, mənzillə təmin olunmasını tələb ediblər.

Doğru.az xəbər verir ki, bu barədə “RİA Novosti” evsizlərə dəstək verən “Utopiya-56” assosiasiyasına istinadən yazır.

“Onlarla təcrid olunmuş gənc və küçələrdə yaşayan ailələrlə birlikdə Bastiliya meydanını işğal edən 100 evsiz insana qoşuluruq. Tələblərimiz sadədir: hamı üçün mənzil və sosial mənzillərə üstünlük verənləri mənzillə təmin etmək öhdəliyi”, – təşkilatın bəyanatında deyilir.

Daha əvvəl bildirilmişdi ki, hakimiyyət Olimpiada başlamazdan əvvəl evsiz insanları və miqrantları Parisdən zorla çıxarır.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki