image-ads_n1karobka_mobile
“Paşinyan əli azərbaycanlı körpələrin qanına batmış cinayətkardır” – DEPUTATbackend

“Paşinyan əli azərbaycanlı körpələrin qanına batmış cinayətkardır” – DEPUTAT

Ermənistanın baş naziri N.Paşinyan zorakılığa və dinc əhaliyə qarşı hərbi cinayətlərin törədilməsinə görə şəxsən məsuliyyət daşıyır.
Doğru.az Sonxeber.az-a istinadən xəbər verir ki, deputat İqbal Məmmədov qeyd edib ki, Gəncədə, Tərtərdə və digər rayonlarımızda dinc əhaliyə qarşı törədilən cinayətlərə görə birbaşa Nikol Paşinyan məsuliyyət daşıyır:

“Paşinyan əli azərbaycanlı körpələrin qanına batmış cinayətkardır. Azərbaycan ordusu qarşısında məğlubiyyətə uğrayan Nikol Paşinyan və erməni silahlı qüvvələri dinc əhalini hədəf seçir. Məqsəd isə əhalidə qorxu yaratmaq və münaqişənin miqyasını genişləndirməkdir. Hazırda Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ermənilərin törətdiyi cinayətlərlə dəlilər toplanır, insanlara və dövlətimizə vurulan ziyan hesablanır. Paşinyan artıq uduzduğunun fərqindədir və bu təxribatlar onun son çırpınışlarıdır. Ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərin cavabı ordumuz tərəfindən döyüş meydanında verilir. Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə hər gün düşmən qüvvəsini məhv edərək yeni qələbə xəbərləri ilə bizi sevindirir” .
Paşinyan erməni xalqını aldadaraq məğlubiyyətini gizlətməyə çalışır:
“Bu gün Ermənistan ordusunun canlı qüvvəsi, hərbi texnikası və silah-sürsatı məhv edilib. Erməni əsgərləri postlarını, silah-sursatlarını qoyub qaçırlar. Hətta ölməmək üçün könüllü təslim olurlar. Ermənistan tərəfi torpaqlarımızın işağldan azad olunması ilə barışmaq istımir. Məhz buna görə də müxtəlif təxribatlara əl atırlar. Ermənistan tərəfin bütün təxribatları Azərbaycanın müzəffər ordusu tərəfindən alınır və düşmən geri çəkilməyə məcbur edilir. Nikol Paşinyan səhvlərini düzəltmək və könüllü şəkildə torpaqlarımızı tərk etmək əvəzinə yeni təxribatlara əl atır, sərsəm bəyanatlar verir.
Əlbəttə bu Paşinyanın həm özünün, həm də Ermənistanın dövlət kimi varlığını şübhə altına atır. Əminəm ki, tezliklə ordumuz düşməni məhv edib, bizi 30 ilə yaxındır ki, həsrətində olduğumuz torpaqlarımıza qovuşduracaq. Qələbə bizimdir, Qarabağ Azərbaycandır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki