image-n1karobka_ads
image-123
image-ih5iit7j9rttzah4gn1kdowikolafdkfsplz7yjk_1200backend

Paşinyan: “Ermənistan və Azərbaycan arasındakı müharibəni unudun”

“Sülh sazişinin mətni razılaşdırılıb, Ermənistan və Azərbaycan arasında eskalasiya və müharibəni unudun”.

Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan hökuməti bu məntiqə zidd addımlar atmayacaq və ya bəyanatlar verməyəcək.

Parlamentdəki çıxışında Paşinyan bir sıra başqa digər rezonans doğuran açıqlamalar da verib.

O bildirib ki, Ermənistanda yeni – sosial-psixoloji inqilab başlayıb və bu inqilab 2018-ci ilin “məxməri inqilabı”ndan heç də az əhəmiyyət kəsb etmir. Onun sözlərinə görə, söhbət “real Ermənistanın inqilabı”ndan gedir.

Bu transformasiyanın əsas xüsusiyyəti, Paşinyanın versiyasına görə, vətən və dövlət anlayışlarının üst-üstə düşməsidir. O qeyd edib ki, bir neçə əsrdən sonra ilk dəfə olaraq ermənilər üçün həm vətən, həm də dövlət – Ermənistan Respublikasıdır.

Nikol Paşinyan vurğulayıb ki, bu gün Ermənistanın həqiqətən müstəqil və suveren dövlət qurmaq üçün nadir tarixi şansı var – erməni xalqının taleyinin yenidən onun arxasında müəyyənləşdirilməsini gözləmədən. O, sanki yad bir institut kimi dövlətə olan tarixi nifrətdən əl çəkməyə və onu özününkü kimi qəbul etməyi öyrənməyə çağırıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki