Müxtəlif təxribatlara baxmayaraq, Ermənistanla Azərbaycan arasında sülh olacaq.
Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyi münasibətilə müraciətində deyib.
O qeyd edib ki, Ermənistan azadlıq, demokratiya və sülh yolu ilə gedir.
Onun sözlərinə görə, respublika ilə Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında saziş layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir.
“Bütün daxili və xarici təxribatlara baxmayaraq, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında müharibə olmayacaq, sülh olacaq!” — onun sözləri Ermənistan hökumətinin saytında yer alıb.
Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşündə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasının vacibliyini qeyd edib.
DOĞRU.AZ