image-n1karobka_ads
image-123
image-66cf0f4fae5ac938f24eecdabackend

Pavel Durovun qardaşı da Fransada axtarılır

image-ad_qayo_720x110px

Telegram rəhbəri Pavel Durovun qardaşı Nikolay Fransada axtarışa verilib, Politico Fransa hakimiyyətinə istinadən xəbər verir.

Qəzet yazır ki, həbs qərarı hələ mart ayında verilib.

Nəşr qeyd edir ki, iş “Telegramın uşaqlara qarşı cinsi istismarla bağlı Fransa təhqiqatı ilə əməkdaşlıqdan imtina etməsi” ilə bağlıdır.

Jurnalistlər qeyd edirlər ki, Nikolay Durovun harada olduğu indi məlum deyil.

RİA Novosti-nin yazdığı kimi, Pavel Durov Paris ətrafında yerləşən Milli Anti-Fırıldaq Bürosunda saxlanıla bilər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki