image-2000x150px
image-123
image-ads_atlas
image-17192110941801548773_1200x630backend

Paytaxt üzrə sertifikatlaşdırmaya 1873 müəllim dəvət olunub – FOTO

image-728x90px

İyunun 24-də dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə 1873 nəfər dəvət edilib.

Bu barədə Doğru.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri imtahan mərkəzinə gələrək müəllimlərə tövsiyələrini veriblər və sertifikatlaşdırma imtahanlarının gedişini izləyiblər.

Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində tədris fənn üzrə ümumi təhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədin kompüterinin ekranında görünür.

Test imtahanında mümkün 60 baldan minimum 30 bal toplamış müəllimlər sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak hüququ qazanacaqlar.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2022-ci il 18 avqust tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin müəllimlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr edilir.

DOĞRU.AZ

image-17192110942766325339_1200x630 image-17192110943247249307_1200x630 image-1719211094476763889_1200x630 image-17192110941598712395_1200x630 image-17192110945126741427_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki