image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2022-09-12t121758-529-1backend

Paytaxtda tarixi abidəyə müdaxilə edənlər cəzalandırıldılar

image-728x90px

Bakının Qoqol küçəsində yerləşən XIX əsrə aid tarixi abidənin fasadına müdaxilələr olunması məsələsini Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti nəzarətə götürüb.

Bunu  Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat xidmətinin əməkdaşı Fariz Hüseynov məlumat verib.

Bildirilib ki, sözügedən abidənin fasadında, pəncərələrində edilən dəyişiklər qanun pozuntusudur:

“Tarixi abidələrdə aparılan hər hansı bərpa-konservasiya işlərinin layihələri mütləq şəkildə Dövlət Xidməti ilə razılaşdırılmalıdır. Bu tarixi-abidədə aparılan təmir işləri Dövlət Xidməti ilə razılaşdırılmadan həyata keçirilib.

Tarix-memarlıq abidələri onların memarlıq üslubuna, bədii-estetik görkəminə xələl gətirmədən iaşə obyekti kimi istifadə oluna bilər. Lakin tarixi abidənin qorunması, bütövlüyü təmin edilməlidir.

Həmin abidənin fasadında, pəncərələrində edilən dəyişiklər qanun pozuntusudur. Odur ki, Dövlət Xidmətinin əməkdaşları məsələni aktlaşdırıb, cərimələr müəyyən olunub. Abidənin qorunması üçün lazımi addımlar atılacaq”.

Qeyd edək ki, tarixi abidəyə edilən müdaxiləni dünən memar Elçin Əliyev öz sosial şəbəkə hesabında yaymışdı.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki