20-dən çox dövlət Çin və Braziliyanın Rusiya ilə Ukrayna arasındakı münaqişənin həlli planını dəstəklədiyini bildirib.
Bunu Çinin xarici işlər naziri Van Yi deyib.
Diplomatın sözlərinə görə, bu gün 26 ölkə Çin və Braziliyanın əldə etdiyi “ortaq anlaşmaya” qoşulmağa razılaşıb (yaxud qoşulmaq yollarını axtarır). O əlavə edib ki, ümumilikdə 45 ölkə ideyalara “müsbət qiymət” verib.
Agentlik qeyd edir ki, çinli diplomatın bu bəyanatı Pekinin İsveçrədə keçiriləcək sülh sammitini buraxacağını bildirməsindən bir neçə gün sonraya təsadüf edib.
Mənbə: bloomberg