image-ads_n1karobka_mobile
image-messenger_creation_6f90a1cb-4466-4870-8ba9-d0116e14cd35backend

Pentaqon: İsrailin Livandakı əməliyyatı İranla münaqişəyə səbəb olacaq

İsrail ordusunun Livan Hizbullahına qarşı hücum əməliyyatları keçirməsi İranın da iştirak edəcəyi münaqişəyə səbəb ola bilər.

 

Reuters xəbər verir ki, bunu  ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun deyib. Generalın fikrincə, şiələr döyüş potensialına və silahların sayına görə fələstinliləri üstələdiyi üçün Hizbullah HƏMAS-dan daha çox İDF üçün təhlükə yaradır.

“Məncə, İran Hizbullaha daha çox dəstək verməyə meylli olacaq”. Bütün bunlar regionda münaqişənin genişlənməsinə töhfə verə bilər”, – Braun bildirib. Bundan əvvəl İsrailin xarici işlər naziri İsrael Katz bildirmişdi ki, İsrail hakimiyyəti Livanla bağlı lazımi qərarları tezliklə qəbul edəcək.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki