image-2000x150px
image-123
image-ads_atlas
image-snimok_ekrana_2023-02-19_v_21-30-pic_32ratio_900x600-900x600-15031backend

Pentaqon Şimali Koreyanın raketlərinin ABŞ-a çata biləcəyini etiraf edib

image-728x90px

ABŞ-ın Hind-Sakit Okean Komandanlığının rəhbəri, admiral Con Akvilino Şimali Koreyanın sınaqdan keçirdiyi ballistik raketlərin Amerika torpaqlarına çatmaq qabiliyyətinə malik olduğunu bildirib.

Reuters xəbər verir ki, bu barədə Akvilino Aspen İnstitutunun təşkil etdiyi təhlükəsizlik forumunda çıxışı zamanı deyib.

Eyni zamanda, admiral qeyd edib ki, Pentaqon hələlik Şimali Koreya raketlərinin nüvə avadanlığı ilə ABŞ ərazisinə çata biləcəyini qiymətləndirə bilmir. Akvilinonun sözlərinə görə, bu məqsədə çatmaq üçün Şimali Koreya konstruktorları nüvə başlığının ölçüsünü azaltmalıdırlar. Amma Pxenyanın belə bir nəticəyə nail olub-olmayacağı hələlik bəlli deyil.

Bundan əvvəl Şimali Koreyanın Yapon dənizi istiqamətində iki ballistik raket atdığı bildirilirdi. Görünür, hər iki raket Yaponiyanın iqtisadi zonasından kənarda dənizə düşüb. Həmadanın sözlərinə görə, birinci raket 50 km hündürlüyə qalxaraq 550 km, ikinci raket isə eyni 600 km hündürlükdə uçub.

Mənbə: Reuters

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki