image-n1karobka_ads
image-123
image-687e1a1dae5ac96e46434015backend

Peskov: Bakı ilə Moskva arasında çətin dövr keçicidir

image-ad_qayo_720x110px

Rusiya ilə Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanır və möhkəm təməllərə malik olsa da, hazırda çətin dövrünü yaşayır.

Doğru.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib. Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq maraqların üst-üstə düşməsinə əsaslanır və Moskva bu çətin mərhələnin geridə qalacağına ümid edir.

“Ümid edirik ki, bu müddət keçəcək”, – deyə Peskov bildirib.

Qeyd edək ki, Peskov daha əvvəl Rusiya və Azərbaycanın yaxın müttəfiq olaraq qalmalı olduğunu da vurğulamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki