Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Amerika lideri Co Baydenin prezidentlik yarışından geri çəkilmək qərarına təəccüblənməyib.
“Düzünü desəm, ABŞ-da baş verənlərin son bir neçə ili bizə heç nəyə təəccüblənməməyi öyrətdi. Ona görə də biz çox da təəccüblənmədik” dedi.
Peskovun sözlərinə görə, Moskva digər böyük ölkələrdə olduğu kimi ABŞ-da da vəziyyəti diqqətlə izləyir.
Eyni zamanda o əlavə edib ki, bu, Rusiyadan çox Amerika seçicilərini narahat etməli olan mövzudur.
İyulun 21-də Bayden prezidentlik yarışından geri çəkildiyini , lakin hazırkı müddətini başa vurmaq niyyətində olduğunu açıqladı.
Bundan əvvəl məlum olub ki, ABŞ Seçki Komissiyası vitse-prezident Kamala Harrisin dövlət başçısı vəzifəsinə namizədliyi ilə bağlı bildiriş alıb.
Mənbə RİA Novosti