Doğru.az xəbər verir ki, Kreml Azərbaycanda saxlanılan Rusiya vətəndaşları ilə bağlı yayılan görüntüləri izləyib və məsələnin bütün detalları ilə maraqlanır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
“Həqiqətən də, biz bütün videogörüntüləri gördük. Bütün detallara diqqət yetirdik”, – deyə Peskov bildirib.
Qeyd edək ki, ötən gün Bakıda saxlanılan səkkiz Rusiya vətəndaşı barəsində məhkəmə qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həbs edilənlər arasında “Sputnik Azərbaycan”ın rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousov da var.
DOĞRU.AZ