Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin sui-qəsd cəhdindən sonra ABŞ-ın keçmiş prezidenti Donald Trampla əlaqə saxlamayıb.
Onun sözlərinə görə, Rusiya prezidenti Trampla təmasları planlaşdırmır.
“Xeyr, o, əlaqə saxlamayıb və heç bir əlaqə planlaşdırılmır”, – Kreml sözçüsü bildirib.
Daha əvvəl Peskov bildirib ki, Qərb siyasətçilərinə edilən cəhdlərdən asılı olmayaraq , Putinin təhlükəsizliyi gücləndirilib.
Kreml həmçinin Trampla insident fonunda siyasi mübarizə zamanı istənilən zorakılıq təzahürlərini pisləyib.
Mənbə RİA Novosti