image-ads_n1karobka_mobile
image-66a8f8b2ae5ac90952665ee8backend

Pezeşkian İranın Qərblə danışıqlara hazır olduğunu açıqlayıb

İran prezidenti Məsud Pezeşkian gərginliyi azaltmaq üçün Qərblə danışıqlara hazır olduğunu açıqlayıb.

O, bunu İRİB telekanalının yayımladığı andiçmə mərasimində çıxışı zamanı deyib.
“Biz indiyədək İranın hansı yeri tutduğunu anlamayan dövlətlərlə gərginliyin tənzimlənməsi üçün danışıqlar aparmağa hazırıq”, – TASS yazır.
Bundan əlavə, o, çıxışında ölkələrlə qarşılıqlı hörmət və bərabərlik əsasında münasibətlərin qurulmasının zəruriliyini qeyd edib.
Bundan əvvəl İranın ali dini lideri Əli Xamneyi ölkənin Qərblə münasibətləri yumşaltmağa açıq olduğunu bəyan edib.
Mənbə TASS

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki