image-n1karobka_ads
image-123
image-17405546922816332034_1200x630backend

Plastik cərrahiyyə ilə məşğul olmaq icazəsi verilən mütəxəssislərin siyahısı Səhiyyə Nazirliyinin saytında təqdim olunacaq

image-ad_qayo_720x110px

Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Təhsil Nazirliyinin müvafiq qurumlarının nümayəndələrindən ibarət yaradılmış xüsusi Təftiş Komissiyasının 5 iclası keçirilib. İclaslarda 40 nəfər plastik cərrahiyyə ilə məşğul olan mütəxəssisin sənədləri təftiş olunub.

Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə müsahibəsində deyib.

Nazir bildirib ki, indiyədək 96 nəfər plastik cərrahiyyə ilə məşğul olan mütəxəssis öz sənədlərini təqdim edib.

“Onlar dəvət olunub və tam şəffaf şəkildə onlarla araşdırmalar aparılıb. Təftiş Komissiyasının fəaliyyətinin sonunda Səhiyyə Nazirliyinin rəsmi saytında Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ilə məşğul olmaq icazəsi olan mütəxəssislərin rəsmi siyahısı təqdim olunacaq”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki