image-n1karobka_ads
image-123
image-10-pic_32ratio_900x600-900x600-49637backend

Polşa Belarusla sərhəddə bufer zonası yaratmağa hazırlaşır

Polşa hakimiyyəti Belarusla sərhəddə 200 metrlik bufer zonasının tətbiqi imkanını nəzərdən keçirir.

TASS xəbər verir ki, bu barədə respublikanın baş naziri Donald Tusk qonşu dövlətlə sərhəddə sərhədçilər və hərbçilərlə görüşündə bildirib.

Onun sözlərinə görə, hökumət milli müdafiə naziri və daxili işlər naziri ilə birlikdə gələn həftənin əvvəlində bu məsələ ilə bağlı qərar qəbul edəcək.

Tusk həmçinin əlavə edib ki, Polşa hakimiyyəti sərhədi keçmək üçün kütləvi cəhdlərə gəldikdə polis qüvvələrindən daha çox istifadə etmək qərarına gəlib. O vurğulayıb ki, hökumət Polşa sərhədinin mühafizəsini təmin etməyə çalışacaq ki, sərhədçilərin və orada xidmət edən hərbçilərin təhlükəsizliyi təmin edilsin.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki