Polşa Belarusla sərhədə əlavə min əsgər yerləşdirir.
Bu barədə Polsat telekanalı xəbər verir.
Qeyd edilir ki, belə bir qərar “Polşa-Belarus sərhədində dinamik vəziyyətlə əlaqədar” qəbul edilib.
Polşa Sərhəd Xidmətinin baş komendantı Tomaş Praha daha min əsgərin Polşa-Belarus sərhədinə köçürülməsi xahişi ilə Milli Müdafiə Nazirliyinə müraciət edib. Hazırda bu sərhəddə iki min Polşa əsgəri var.
Daha əvvəl bildirilmişdi ki, Polşanın daxili işlər və administrasiya naziri Mariuş Kaminski X sosial şəbəkəsində yazıb ki, litvalı həmkarı Aqne Bilotaite ilə telefon danışığı zamanı o, sərhədlərin tamamilə bağlanması imkanını müzakirə edib.
Mənbə: Sputnik