image-n1karobka_ads
image-123
image-2021-07-27_113603backend

Polşa hərbi əməliyyatlara görə hava məkanını qismən bağlayır

image-ad_qayo_720x110px

Polşa hakimiyyəti respublikanın bir hissəsi, o cümlədən Varşava üzərində hava məkanını müvəqqəti bağlamaq qərarına gəlib.

Doğru.az xəbər verir ki, bu barədə Varşava Şopen hava limanının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, tədbir “dövlət xidmətlərinin və ordunun hərəkətləri ilə əlaqədar” həyata keçirilib və məqsəd Polşanın bir hissəsi üzərində hava məkanının təhlükəsizliyini təmin etməkdir.

Qeyd edək ki, sentyabrın 8-də Polşanın şərqindəki Lyublin voyevodalığında daha bir pilotsuz təyyarənin qəzaya uğradığı xəbəri yayılmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki