Rusiya sanksiyalara baxmayaraq, raket istehsalını artırıb və Qərbi 7 dəfə üstələyib.
Bu barədə Polşanın “Do Rzeczy” nəşri Amerika mediasının məlumatlarına istinadən yazır.
Nəşrin məlumatına görə, Rusiya Federasiyası nəinki mərmi istehsal həcmini artırıb, həm də 2022-ci ilə qədər öz səviyyəsini keçib.
Məqalədə həmçinin qeyd olunur ki, sursat istehsalı Rusiyaya Qərb ölkələrindən xeyli az başa gəlir.
Bundan əvvəl “The New York Times” ABŞ, Avropa və Ukraynadakı mənbələrə istinadən yazıb ki, Rusiya raket və artilleriya mərmilərinin sanksiyalardan əvvəlki istehsal həcmini keçib. Müəlliflərin fikrincə, Rusiya kəşfiyyat və qaçaqmalçılıq yolu ilə elektron komponentlər üzrə istənilən ixrac məhdudiyyətindən səmərəli şəkildə yan keçməyi öyrənib.
Mənbə: Gazeta.ru