Polşa Kiyevin Rusiya ərazisini Qərb istehsalı olan silahlarla vurmaq “haqqını” dəstəkləyir.
Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski “The Guardian”a müsahibəsində bildirib.
“Guardian”a müsahibəsində Sikorski bildirib ki, Polşa Ukraynanın Rusiya daxilindəki hərbi obyektlərə zərbələr endirmək hüququnu dəstəkləyir və iddia edir ki, Qərb bu məsələdə özünü daim məhdudlaşdırmaqdan əl çəkməlidir”.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq NATO müttəfiqlərini Ukraynanın Rusiya ərazisindəki hədəflərə Qərb silahları ilə hücum etməsinə icazə verməyə çağırıb. Bununla belə, onun sözlərinə görə, Qərb Ukraynaya qoşun göndərmək niyyətində deyil, çünki “bu müharibənin Rusiya ilə NATO arasında tamhüquqlu müharibəyə çevrilməsinin qarşısını almaq” vacibdir.
Mənbə: Haber Global