Polşalı general Roman Polko bildirib ki, Ordunun Baş Qərargah rəisi Raymund Anjeyçak və Silahlı Qüvvələrin Əməliyyat Komandanı Tomaş Piotrovskinin könüllü istefası Rusiya prezidenti Vladimir Putinə və “Polşanı təhdid edən insanlara” kömək edir.
O, bu barədə Polstat News-a müsahibəsində bildirib.
“İstefa məktubu təqdim edə bilərsiniz amma səbəbləri həmişə göstərməlisiniz. İndi bizdə spekulyasiya dalğası var, çünki Seym və Senata müxtəlif namizədlər siyasi kapital etmək istəyirlər”, – deyə general bildirib.
O qeyd edib ki, onlar seçkilər ərəfəsində öz postlarını tərk etmək üçün yanlış məqam seçiblər, çünki bu, ölkədə “siyasi tufan”a səbəb olub.
Mənbə: Lenta.ru