Fransa prezidenti Emmanuel Makronun Davos İqtisadi Forumundakı çıxışı zamanı taxdığı eynək istehsalçısı iVision Tech şirkətinin səhmləri kəskin artım göstərib.
Doğru.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, Makronun çıxışından sonra şirkətin səhmləri 28 faiz yüksəlib. Prezidentin taxdığı aviator üslublu Pacific S 01 model günəş eynəyinin qiyməti təxminən 660 avro təşkil edir.
Şirkətin baş direktoru Makronun çıxışının səhmlərə “heyrətamiz təsir göstərdiyini” etiraf edib.
Qeyd edək ki, bundan əvvəl də ictimai şəxslərin geyim və aksesuarları diqqət mərkəzinə düşüb. Belə ki, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri və prezidentin xüsusi elçisi Kirill Dmitriyevin ABŞ prezidentinin elçisi Stiv Vitkov və ABŞ prezidentinin kürəkəni Cared Kuşnerlə Moskvada gəzərkən geyindiyi pencək sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu. Dmitriyev görüşə üzərində Vladimir Putindən sitat olan “Rusiya” Milli Mərkəzinin məhsulunu geyinərək qatılıb.
DOĞRU.AZ




























