image-n1karobka_ads
image-123
image-1746630335backend

Puşkov: ABŞ və Aİ artıq Ukraynanın qələbəsinə inanmır

Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının rəhbəri Aleksey Puşkov bildirib ki, ABŞ və Avropa artıq Ukraynanın qələbəsinə inanmır. Onun sözlərinə görə, Qərb Ukraynanın qondarma “qələbə nəzəriyyəsini” dəstəkləməkdən imtina edib və bu qərarı ilk olaraq Amerika prezidenti Donald Tramp verib.

Doğru.az xəbər verir ki, Puşkov Telegram kanalında yazıb: “İndi Qərb deyir ki, Rusiyanın açıq-aydın qələbəsinə yol vermək olmaz. Artıq Ukraynanın ‘qələbəsi’ndən söhbət getmir.”

O, əlavə edib ki, Vladimir Zelenskinin özü də Rusiya ilə münaqişə ilə bağlı ritorikasını dəyişərək qələbədən yox, ən azı heç-heçədən danışmağa çalışır.

Eyni zamanda, Mash Telegram kanalı Rusiya ordusunun Sumiyə birbaşa yol açdığını bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki