Rusiya lideri Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenkonu vəzifəsinin 30 illiyi münasibətilə təbrik edib.
Müvafiq təbrik teleqramı Kremlin saytında dərc olunub.
Rusiya lideri Lukaşenkonun həmvətənləri arasında yüksək nüfuzunu, ölkədə müasir dövlət institutlarının qurulmasını, sosial-iqtisadi sahədə uğurlarını qeyd edib.
Eyni zamanda, Putin Belarus prezidentinin iki ölkə arasında dostluq münasibətlərinin inkişafına, “Birlik dövlətinin formalaşmasına və möhkəmlənməsinə və Avrasiya məkanında qarşılıqlı faydalı inteqrasiya proseslərinin təşviqinə” verdiyi töhfəni yüksək qiymətləndirib.
O, həmçinin Rusiya və Belarusun qardaş xalqlarının rifahı naminə konstruktiv, yoldaşlıq dialoqunun və sıx birgə işin davam etdiriləcəyinə ümid etdiyini bildirib.
DOĞRU.AZ