image-ads_qayo_2000x150px
image-123
image-ads_atlas
image-66c85d8302e8bd7ed62598c9backend

Putin Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib

image-728x90px

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə ediblər.

Bu barədə Kremldən məlumat verilib.

“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, o cümlədən Vladimir Putinin Bakıya dövlət səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı danışıqlar nəzərə alınmaqla, müzakirələr davam etdirilib”, – deyə məlumatda bildirilir.

Rusiya tərəfi sülh müqaviləsinin hazırlanmasında Ermənistan və Azərbaycana yardımı davam etdirməyə hazır olduğunu təsdiqləyib.

Bundan əvvəl məlum olub ki, Putin Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki