Rusiya prezidenti Vladimir Putin Roma Papası Fransiskin vəfatı ilə bağlı başsağlığı verib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Roma Papası Fransisk xristian təliminin sadiq xidmətçisi, müdrik din və dövlət xadimi, humanizm və ədalətin yüksək dəyərlərinin ardıcıl müdafiəçisi kimi böyük beynəlxalq nüfuza malik idi”, – deyə bəyanatda bildirilir.
Putin vurğulayıb ki, pontifik olduğu bütün illər ərzində Papa Fransisk Rus Pravoslav və Roma Katolik Kilsələri arasında dialoqun, eləcə də Rusiya ilə Müqəddəs Taxt-Tac arasında konstruktiv qarşılıqlı fəaliyyətin inkişafına fəal kömək edib.
“Mənim bu görkəmli insanla dəfələrlə ünsiyyət qurmaq imkanım olub və onun ən parlaq xatirələrini əbədi olaraq qoruyacağam”, – deyə Rusiya lideri əlavə edib.
DOĞRU.AZ