image-n1karobka_ads
image-123
image-68636e8f02e8bd1122759224backend

Putintseva Wimbledon tamaşaçısının tribunadan çıxarılmasını tələb edib

Doğru.az xəbər verir ki, Qazaxıstanı təmsil edən tennisçi Yuliya Putintseva Uimbldon turnirində tamaşaçılardan birinin tribunadan uzaqlaşdırılmasını tələb edib.

Hadisə amerikalı Amanda Anisimova ilə ilk tur matçı zamanı baş verib. Putintseva həmin tamaşaçının davranışından narahat olduğunu bildirib.

“O getməyənə qədər davam etməyəcəyəm. Bu insanlar təhlükəlidir, dəlidirlər”, – tennisçi hakimin ünvanına deyib.

Hakim təhlükəsizlik əməkdaşlarını çağırıb və problem aradan qaldırıldıqdan sonra oyun davam etdirilib.

Qeyd edək ki, daha əvvəl rusiyalı tennisçi Anastasiya Pavlyuçenkova Uimbldon turnirinin ikinci mərhələsinə vəsiqə qazanıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki