image-2000x150px
image-123
image-ads_atlas
image-50b07ab773b7d0ddb46f2ff3147e67f6backend

“Qara Pantera: Vakanda əbədi” filminin ilk nümayişi keçirildi – Fotolar

image-728x90px

Noyabrın 7-də məşhur “Qara Pantera: Vakanda əbədi” filminin qapalı nümayişi keçirilib.

  “Park Cinema Flame Towers” kinoteatrında keçirilən nümayişdə KİV nümayəndələri, tanınmış blogerlər, aktyorlar, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Öncə ənənəvi olaraq “Park Cinema” tərəfindən “Marvel” sevərlər üçün xüsusi şou təqdim olunub. Daha sonra tamaşaçılar filmi IMAX formatında izləyiblər.

Qeyd edək ki, “Qara Pantera: Vakanda əbədi” filminin qapalı nümayişi rəsmi premyeradan 3 gün öncə keçirilib və ilk nümayişi məhz Azərbaycanda baş tutub. Nümayişdə iştirak edənlər filmi ilk izləyənlərdən olublar.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki