image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-7backend

“Qarabağ” “Neftçi”ni böyük hesabla məğlub etdi

image-728x90px

Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində daha bir oyun keçirilib.

Oxu.Az xəbər verir ki, “Qarabağ” “Neftçi”ni qəbul edib.

FIFA referisi İnqilab Məmmədovun idarə etdiyi qarşılaşmada “Qarabağ” 5:0 hesablı qələbə qazanıb. Ağdam təmsilçisinin heyətində 12 və 77-ci dəqiqələrdə Nəriman Axundzadə, 41-ci dəqiqədə Toral Bayramov fərqlənib. “Qarabağ”ın digər qollarını isə 66-cı dəqiqədə Leandro Andrade, 85-ci dəqiqədə Abdullah Zubir vurub.

“Neftçi”nin futbolçusu Yuri Matias 78-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.

Artıq çempionluğu təmin etmiş “Qarabağ”ın 76 xalı var. “Neftçi” isə 50 xalla 3-cü yerdədir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki