Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, Respublika Olimpiya Velosiped Məktəbinin direktor müavini Gülnarə Malikova bildirdilər ki, müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönü hazırda ölkəmizin hər yerində, o cümlədən Bakının Qaradağ rayonunda geniş qeyd edilir. Bu gün keçirilən velosiped yarışı Ulu Öndər Heydər Əliyevin gənclərə sağlam həyat tərzi ilə bağlı etdiyi tövsiyələrinin tərkib hissəsidir. Eyni zamanda Ulu Öndərlə əlaqədar gənclərin iştirakı ilə keçirilən tədbirlər gənclərdə vətənpərvərlik hisslərini artırmaq, onları dövlətçilik və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə etməkdir. Velosiped yarışı gənclər arasında fiziki aktivliyin yüksəldilməsinə də xidmət edir.

Natiqlər yarışda iştirak edənlərə qalibiyyət və uğurlar arzuladılar. Hakimlər yarışın qaydaları barədə iştirakçıları təlimatlandırdıqdan sonra yarışa start verildi. Yarış Lökbatan qəsəbəsində müəyyən olunmuş marşrut üzrə həyata keçirilib.

Yarışın yekununda qaliblərə Qaradağ rayon Heydər Əliyev Mərkəzində mükafatlar təqdim olunub. Yarışda iştirak edən məktəb komandaları arasında 139 nömrəli məktəb birinci yeri, 14 nömrəli Bakı Peşə Məktəbi ikinci yeri, 166 nömrəli məktəb-lisey isə üçüncü yeri tutublar.

Yarışın təşkilinə göstərilən dəstəyə görə hakimlər komandasına da diplomlar təqdim olunub.

DOĞRU.AZ