image-2000x150px
image-123
image-ads_atlas
image-231537_b65bbutj6abackend

Qardaşı Canəli Əkbərovun son arzusundan danışdı – Foto

image-728x90px

Mərhum Xalq artisti Canəli Ələkbərovun qardaşı Tərlan Ələkbərov onunla bağlı təəssüratlarını bölüşüb.

Axşam.az-a açıqlama verən T.Əkbərov bildirib ki, xanəndə son vaxtlar özünü yaxşı hiss etməyib:

“Onun vəfatı ilə Azərbaycan muğam sənətinin möhtəşəm sütunlarından biri çökdü. Azərbaycan xalqı böyük sənətkarını, ailəsi isə ağsaqqalını itirdi. O, muğam sənətinin cəngavər ifaçısı olub. Medianın sayəsində Canəli Ələkbərov daim tamaşaçısı ilə görüşüb.

Ölkə başçısı və Birinci xanım daim Canəli Əkbərovu diqqətdə saxlayıb. Keçirdiyi beyin insulti ilə əlaqədar son aylar səhhəti ağırlaşmışdı.

Son sözü o oldu ki, Qarabağ azad oldu, çox istəyərdim Şuşaya gedim. İstəyirdi ki, səhhəti düzələndə Şuşaya getsin. Deyirdi, səsim o, yaylaqlarda, İsa bulağında qalıb”.

Qeyd edək ki, Xalq artisti II Fəxri Xiyabanda dəfn olunacaq.

Foto: İlqam Cəbiyev

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki