8 Noyabr – Zəfər Günü münasibətilə “Qayıdış marşı” adlı yeni musiqi əsəri ərsəyə gətirilib.
Doğru.az xəbər verir ki, sözləri Elçin Mirzəbəyliyə, musiqisi isə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Hərbi Orkestrinin solisti və musiqi təlimatçısı, vokalçı-bəstəkar gizir Məmmədbağırov Anar İlham oğluna (Anar İlhamlı) məxsus olan mahnıya klip çəkilib.
Bildirilib ki, aranjimanı Rövşən Yusifov tərəfindən edilmiş mahnıda Əməkdar artist, qiraətçi Azad Şükürovun ifasına da yer verilib.
Mahnının sözlərinin müəllifi, millət vəkili, Əməkdar jurnalist Elçin Mirzəbəyli bildirib ki, həmin şeiri 2020-ci ildə Cəbrayılın azad edilməsi günü ərəfəsində çəkilmiş bir fotodan ilhamlanaraq yazıb.
Vətənpərvərlik musiqisinin ön sıralarında yer alan bəstəkar Anar İlhamlı daha əvvəl də “Azərbaycan bayrağına”, “Zəfər döyüşü”, “Vətən üçün doğulduq”, “Azərbaycan əsgəri – ən igid əsgər” kimi dəyərli əsərlərlə tanınıb. Bu mahnılar vasitəsilə o, qəhrəmanlıq ruhunu musiqi ilə ifadə edib.
2023-cü ildə o, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Ulu öndər kimi bir tarixin var” adlı kompozisiyanın da müəllifi olub.
Anar İlhamlının bəstələyib ifa etdiyi son mahnısı – “Qayıdış marşı”na çəkilmiş klipi təqdim edirik:
DOĞRU.AZ





























