image-2000x150px
image-123
image-ads_atlas
image-25490_o3y2cvaf0ebackend

“QAZ 53”lə avtoşluq edən 17 yaşlı oğlan saxlanıldı – Video

image-728x90px

Sumqayıtda “QAZ 53” markalı yük maşını və “VAZ 2106” markalı avtomobillə avtoxuliqanlıq edən sürücülər saxlanılıblar.

Sabah.az xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, sosial şəbəkələrdə bir sürücünün Sumqayıt şəhərində “QAZ 53” markalı yük maşını ilə avtoxuliqanlıq hərəkətləri etdiyinin görüntüləri yayılıb. Həmin sürücünün şəxsiyyəti müəyyən edilib.

Məlum olub ki, hadisə şəhər sakini 17 yaşlı Ə.Məmmədov tərəfindən atasına məxsus 31-BD-205 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə törədilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib oluub və toplanan materiallar məhkəməyə göndərilib. Sürücünün yaşı nəzərə alındığı üçün barəsində inzibati qaydada həbs tətbiq edilməyib və o, 1000 manat məbləğində cərimə olunub.

Həmçinin sosial şəbəkələrdə Sumqayıt şəhərində toy karvanında avtoxuliqanlıq edən “VAZ 2106” markalı avtomobilin sürücüsünün də görüntüləri yayılıb. Həmin sürücü Məhəmməd Fərzəliyev saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Məhəmməd Fərzəliyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 gün inzibati qaydada  həbs olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki