image-n1karobka_ads
image-123
image-1751674004520762491_1200x630backend

Qazaxıstan mediası Xankəndidə keçirilən ECO-nun 17-ci Zirvə görüşünü geniş işıqlandırıb – FOTO

Qazaxıstan mediası Baş nazir Oljas Bektenovun İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün Xankəndi şəhərinə səfərini geniş işıqlandırıb.

AZƏRTAC-ın məlumatına görə, Qazaxıstanın Inform.kz, Kazlenta.kz, Kapital.kz, Ortcom.kz və Dknews.kz kimi informasiya resursları qeyd edir ki, sammit çərçivəsində ECO-ya üzv dövlətlər arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub. Xüsusi diqqət nəqliyyat və logistika, energetika, iqlim təhlükəsizliyi, rəqəmsal transformasiya və digər sahələrdə qarşılıqlı fəaliyyətə yönəlib.

Yayımlarda Qazaxıstan hökumət başçısının Trans-Əfqanıstan dəmir yolunun regionun iqtisadi inkişafı üçün əhəmiyyətini vurğuladığı bildirilir. Oljas Bektenovun “Turqundi–Herat” dəmir yolu xəttinin tikintisinə Qazaxıstanın sərmayə yatırmağa hazır olduğunu bildirdiyi fikirlərə yer verilir.

“Qazaxıstan Respublikası hökuməti bu layihənin həyata keçirilməsi ilə bağlı niyyətlərini təsdiq edir. Yaxın vaxtlarda tərəflər arasında müvafiq memorandum imzalanacaq”, – deyə Baş nazirin sözləri mediada sitat gətirilir.

DOĞRU.AZ

image-17516740042816547992_1200x630 image-175167400486838480_1200x630 image-17516740044446555006_1200x630 image-17516740046471425239_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki