image-2000x150px
image-123
image-ads_atlas
image-screenshot_20211006-194909_gallerybackend

Şəhid ailələrinin ziyarəti davam edir – FOTO

image-728x90px

Doğru.az xəbər verir ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İdarə Heyətinin sədri Səkinə Babayevanın, Millət vəkili Qənirə Paşayevanın və bir sıra QHT rəhbərlərinin regionlarda yaşayan şəhid ailələrinə ziyarəti davam edir.

Səfər çərçivəsində Saatlı rayonunda şəhid ailələrinə sovqat payları aparılıb. Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırovla Saatlıda yaşayan şəhid və qazi ailələri haqqında danışıqlar aparılıb.

Saatlı rayonundan Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan müraciətlərdən biri şəhid Səfərov Oktay Əhməd oğlunun bacısısı Günel Rəsulova Əhməd qızı tərəfindən daxil olmuşdur. Müraciətə əsasən Günel Rəsulovanın məşğulluğunun təmin olunması üçün Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İdarə Heyətinin sədri Səkinə Babayeva tərəfindən lazım olan bütün avadanlıqlar alınıb Saatlı rayon İcra Hakimiyyətində keçirilən görüşdə Günel Rəsulovaya təqdim edilib.

Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Günel Səfərova hal-hazırda arzuladığı sahə üzrə peşə bacarıqlarına yiyələnir. Bundan əlavə olaraq AQSİA və Avrasiya Araşdırmalar Mərkəzinin birgə təşəbbüsü ilə rayonda yaşayan 100-dən çox şəhid, qazi və aztəminatlı ailələrə sovqat payları paylanılıb.

DOĞRU.AZ

image-fb_img_1633535199675 image-fb_img_1633535202876

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki