image-n1karobka_ads
image-123
image-maxresdefaultbackend

Qırğızıstanda yük maşını uşaqları vurduqdan sonra məmurlar cəzalandırılıb

image-ad_qayo_720x110px

Qırğızıstanda Cəlal-Abad vilayətinin Suzak rayonunda mini yük maşınının uşaqları vurmasına görə 21 məmur məsuliyyətə cəlb edilib.

Bu barədə respublika prezidentinin mətbuat xidməti məlumat yayıb.

Onlar qeyd ediblər ki, hadisəyə görə məsuliyyət daşıyanlardan 6 məmur tutduqları vəzifədən azad olunmaq üçün irəli sürülüb. Qalanları intizam tənbehi ilə üzləşib. Hansı məmurların cəzalandırılacağı dəqiqləşdirilməyib. Komissiya yoxlamadan sonra belə qənaətə gəlib ki, tədbirin təşkilatçıları iştirakçıların təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görməyiblər.

Hadisə mayın 2-də baş verib. “Manas” dastanına həsr olunmuş tədbirdə “Hyundai Porter” markalı minik maşını 29 uşağı vurub. Məktəblilər milli yarışmada çıxış edərkən maşın izdihamın içərisinə keçib. Polis idarəsinin məlumatına görə, sürücü avtomobili yamacın yuxarı hissəsində saxlayıb və avtomobil aşağı yuvarlanıb.

Qurbanların 9-16 yaşları arasındadır. 11 uşağa yerində tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb. 18 nəfər xəstəxanaya yerləşdirilib. Son məlumatlara görə, yeddi uşaq reanimasiyadadır, onlardan dördünün vəziyyəti ağırdır. Yük maşını sürücüsünün özü saxlanılıb.

Mənbə: gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki