image-n1karobka_ads
image-bfu0fcju5vu0vsiqekgrcettxngmmezphevcs15k_1200backend

Qızıldaşda qalmaqal: Mədəniyyət Mərkəzində qanunsuz bağça fəaliyyəti? – FOTO

Qızıldaş qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzində qanunsuz bağça fəaliyyəti ilə bağlı iddialar gündəmə gəlib. Sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə səbəb olub.

Doğru.az xəbər verir ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən Yurd.Media-ya verilən açıqlamada Mərkəzdə “Eliza School” tədris mərkəzi ilə bağlanmış müqavilə əsasında yalnız “Erkən inkişaf” kursunun təşkil olunduğu bildirilib.

Lakin “Eliza School”un rəsmi səhifəsində paylaşılan foto və videolarda Qızıldaş Qəsəbə Mədəniyyət Mərkəzində uşaqlara isti yeməklərin verildiyi, həmçinin yuxu saatlarının təşkil olunduğu açıq şəkildə əks olunub. Görüntülərdə azyaşlıların bağça formatında fəaliyyət göstərdiyi iddia edilir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən Mədəniyyət Mərkəzlərində uşaq bağçası fəaliyyəti göstərilməsi nəzərdə tutulmur. Bu isə məsələni daha da aktuallaşdırır.

Hazırda mövzu ictimaiyyət arasında ciddi suallar doğurur: Mərkəzdə faktiki olaraq bağça fəaliyyət göstərirmi? Əgər belədirsə, bu fəaliyyət hansı əsasla həyata keçirilir?

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

DOĞRU.AZ

 

image-img-20260217-wa0343 image-img-20260217-wa0344 image-img-20260217-wa0345 image-img-20260217-wa0346


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki