image-2000x150px
image-123
image-ads_atlas
image-img-6359backend

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

image-728x90px

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə media nümayəndələri üçün mayın 15 və 17-də keçilən “Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təlim proqramı başa çatıb.

Doğru.az xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd media nümayəndələrini peşə etikası qaydalarını tənzimləyən, onların xəbərlərinin qərəzsiz və obyektiv olmasını təmin edən prinsiplər və təlimatlar üzrə maarifləndirmək olub. Bundan əlavə, təlim zamanı iştirakçılara hüquqi standartlar, mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər, redaksiya və jurnalistlərin maraq toqquşması, jurnalist nüfuzunun qorunması, onun etik məsuliyyəti və öhdəlikləri haqqında məlumat verilib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini, Əməkdar jurnalist Natiq Məmmədli “Media subyektlərinin redaksiya siyasəti”, “Jurnalistlərin peşə davranış qaydaları və sosial şəbəkələrdə fəaliyyət” adlı sessiyalarda çıxış edərək media nümayəndələri ilə sözügedən mövzularda geniş fikir mübadiləsi aparıb. Təlim zamanı “Rəqəmsal mühitdə media brendinin qorunmasında yol verilən pozuntular” və “Sosial şəbəkələrdə jurnalist nüfuzunun qorunması problemləri” mövzusunda vörkşop da təşkil olunub.

Təlimin sonunda iştirakçılar sertifikatla təltif olunublar.

DOĞRU.AZ

image-img-6271 image-img-6211 image-img-6342 image-img-6208 image-img-6688 image-img-6648 image-img-6644 image-dsc-1589 image-dsc-1633 image-dsc-1623 image-dsc-1638 image-img-6700

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki