Romada ABŞ və İran nümayəndələri arasında məsləhətləşmələrin ikinci raundu başa çatıb.
TASS bu barədə İranın dövlət televiziya və radio şirkətinin müxbirinə istinadən xəbər verir.
“İkinci raund da konstruktiv atmosferdə keçdi”, – nəşr yazır.
Bundan əvvəl İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi Vaşinqtonun nüvə proqramının tamamilə aradan qaldırılmasında israr etmədiyi təqdirdə , İranın ABŞ-la gələcək razılaşmanın şərtləri ilə bağlı dialoqa hazır olduğunu bəyan edib.
Öz növbəsində, Ağ Ev Omanda İranla danışıqların birinci mərhələsini müsbət adlandırıb.
DOĞRU.AZ