image-n1karobka_ads
image-123
image-6862219b02e8bd66555b1de0backend

Ronaldo karyerasını bitirdikdən sonra məşqçi olub-olmayacağını açıqlayıb

“Əl-Nassr”ın hücumçusu Kriştiano Ronaldo məşqçilik karyerası haqda danışıb.

Ronaldo klubun YouTube kanalına müsahibəsində “Standart şəkildə düşünən insan deyiləm. Digər futbolçulardan yaxşı deyiləm, sadəcə fərqli düşünürəm. Tam səmimi deyirəm: məşqçilik karyerası mənim üçün deyil. Ən azı yaxın beş, on, hətta 20 il üçün deyil. Baxmayaraq ki, həyatda hər şey dəyişə bilər”.

İyunun sonunda o, klubla müqaviləsini daha iki il, 2027-ci ilin yayına kimi uzadıb.

Ümumilikdə forvard komandanın heyətində 105 oyun keçirib, 93 qol vurub.

Daha əvvəl Ronaldo ABŞ-da keçirilən klublararası dünya çempionatında oynamaqdan niyə imtina etdiyini açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki